Kəlbəcərdə insan sümükləri tapıldı - Foto

kelbecerde-insan-sumukleri-tapildi
Oxunma sayı: 2120

Kəlbəcərdə insan sümükləri tapılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, oktyabrın 27-də rayonun Zallar kəndində insan skeletinin hissələrinə məxsus olan eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırlaraq ekspertiza aparılması məqsədilə götürülüb. Sümük və geyim əşyalarının Kəlbəcərin Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir.  

Araşdırma davam etdirilir.