Bu gün Belarusun fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski ölkəmizə rəsmi səfərə gəlib.
“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, səfər çərçivəsində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Belarusun fövqəladə hallar naziri Vadim Sinyavski Bakıda təşkil olunmuş “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edib, sərgi ilə yaxından tanış olublar.
Bildirilib ki, Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisə olan “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün effektiv platforma rolunu oynayır.
Sərgidə müxtəlif ölkələrin çoxsaylı şirkətləri təmsil olunur.





Son xəbərlər
Son Xəbərlər