Kəmaləddin Heydərov Naxçıvan MR FHN-də müşavirə keçirib

kemaleddin-heyderov-naxcivan-mr-fhn-de-musavire-kecirib
Oxunma sayı: 1770

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyində müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Naxçıvan MR fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev və FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərlərinin iştirak etdiyi müşavirədə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub, məruzələr dinlənilib.

Müşavirədə yekun nitqi ilə çıxış edən nazir Kəmaləddin Heydərov Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli zəruri məsələləri qeyd edib, müvafiq tapşırıqlar verib.