Bu gün Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub.
“Qafqazinfo” xəbər verir ki, ilkin mərhələdə 117 nəfərdən ibarət 30 ailə Kərkicahana köçürülüb.
Doğma yurda qayıdan Kərkicahan sakinlərinə açarların təqdim edilməsi mərasimi Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rəsmi hissədə isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov çıxış edib. Yeni mənzillərin açarlarını sakinlərə təqdim edən E.Yusubov bu əlamətdar tarix münasibətilə onları təbrik edib, doğma torpaqda firavan günlər yaşamalarını arzulayıb.
ANAMA mütəxəssisləri sakinlərlə maarifləndirici söhbətlər aparıb, şübhəli əşyalar gördükdə uzaq durmalarını tövsiyə ediblər.
Xatırladaq ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi 28 dekabr 1991-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19-20 sentyabr 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirlərindən sonra isə yaşayış məntəqəsi Azərbaycan Ordusunun nəzarətinə keçib.





Son xəbərlər
Son Xəbərlər