Kerri xəstəxanadan çıxır

kerri-xestexanadan-cixir
Oxunma sayı: 962


“Qafqazinfo”nun musavat.com-a istinadən məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb.

“Dövlət katibi Kerri Massaçusets ştatının baş hospitalından Bostondakı evinə buraxılacaq”, - deyə rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, mayın 31-də Con Kerri Fransa şəhəri Süonzyedə velosipedlə gəzinti zamanı döngədən dönə bilməmiş və yıxılmışdı. O, vertolyotla Cenevrə xəstəxanasına gətirilmişdi. 

Sınan yer bud sümüyünün əməliyyat olunduğu yerə yaxın olduğundan, isveçrəli həkimlər ona Massaçusetsdəki xəstəxanaya, onu əməliyyat edən həkimin yanına qayıtmağı məsləhət görmüşdülər.