Kibariyə səhnədən yıxıldı, xəstəxanalıq oldu - Video

kibariye-sehneden-yixildi-xestexanaliq-oldu
Oxunma sayı: 2620

Türkiyəli müğənni Kibariyə xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin Mersində konsertdə çıxışı zamanı fanatlarından biri səhnəyə çıxmaq istəyib. Bu zaman mühafizəçilər ona mane olmaq istəyiblər. Nəticədə həmin şəxs Kibariyə ilə toqquşub və müğənni səhnədən yerə yıxılaraq huşunu itirib.

62 yaşlı sənətçi təcili xəstəxanaya yerləşdirilib.

Onun səhhəti ilə bağlı hələ ki açıqlama verilməyib.