Kılıçdaroğlu da səs verdi

kilicdaroglu-da-ses-verdi
Oxunma sayı: 2247

Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlu seçkilərin ikinci turunda səs verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadla xəbər verir ki, “Millət İttifaqı”nın prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu və həyat yoldaşı Selvi Kılıçdaroğlu prezident seçkilərinin ikinci turu üçün Ankara Argentina məktəbinə gedib.

Səsini verdikdən sonra Kılıçdaroğlu vətəndaşlara təşəkkür edib:

“Səs verən və səsinin haqqını axtaran bütün vətəndaşlara ürəkdən təşəkkür edirəm”.