Kirkorovun erməni bloqqerlə fotosuna rəy yazdı, qalmaqal yarandı

kirkorovun-ermeni-bloqqerle-fotosuna-rey-yazdi-qalmaqal-yarandi
Oxunma sayı: 3275

Ukraynanın Əməkdar artisti, Rusiyanın pop ulduzu Svetlana Lobodanın prodüseri Natella Krapivina Xalq artisti Filipp Kirkorovla böyük qalmaqala imza atıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb Natellanın Kirkorovun instaqramda paylaşdığı posta rəy yazması olub. Belə ki, Xalq artisti hesabında MTV mükafatları gecəsində erməni bloqqer David Manukyanla fotosunu paylaşıb. Natella həmin paylaşıma ironik şəkildə “Əvvəllər Qafqazda bu cür insanları kabab üçün doğrayırdılar” fikirlərini yazıb.

Buna əsəbiləşən Kirkorov Krapivinanın ünvanına sərt sözlər deyib, onu cinsi ayrıseçkilikdə ittiham edib. Həmçinin, o, Muz TV mərasimində çıxış edən Lobodanı oğurluqda təqsirləndirərək açılışdakı xoreoqrafiyanın Beyonsdan mənimsənildiyini bildirib.

Filippin açıqlamasından sonra Krapivina şou-biznesdən ayrıldığını açıqlayıb: “Daha Svetlana Lobodanın prodüseri deyiləm və şou-bizneslə heç bir əlaqəmin olmağını istəmirəm”.

Natellaya ilk dəstək olan isə televiziya aparıcısı Kseniya Sobçak olub. O, “Natella. Sən mənim qəhrəmanımsan. Səni çox sevirəm və hörmət edirəm. Şou-biznes də daima sənin yanındadır” - deyə qeyd edib.

Sözügedən qalmaqaldan sonra Rusiya Televiziya Müfəttişliyi Muz TV mükafatlarının yayımı zamanı homoseksuallığın təbliği barədə araşdırmaya başlayıb. Bildirilib ki, qanun pozuntuları aşkar edilərsə, müvafiq cavab tədbirləri görüləcək.

Qeyd edək ki, Kirkorovla Manukyan görüntülərdə əl-ələ tutaraq bir-birilərinə gül veriblər.

Xatırladaq ki, Natella Türkmənistanın Aşqabad şəhərində Azərbaycan əsilli Vaqif Əliyevin ailəsində anadan olub.