Komanda yoldaşı ilə olan şəklini fotoşopla sildi - Fotolar

komanda-yoldasi-ile-olan-seklini-fotosopla-sildi
Oxunma sayı: 2025

Türkiyə millisinin və “Qalatasaray”ın futbolçusu Yunus Akgünün DÇ-2026-nın seçmə mərhələsində Gürcüstanla qarşılaşacağı oyun üçün təlim-məşq toplanışından paylaşdığı şəkil marağa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, o paylaşdığı şəkildə komanda yoldaşı Kerem Aktürkoğlunu fotoşopla silib. 

Buna səbəb isə Kerem Aktürkoğlunun “Fənərbaxça”ya transfer olması göstərilib. 

Qeyd edək ki, Kerem Aktürkoğlunun “Fənərbaxça”ya transferi rəsmiləşəndə “Qalatasaray” futbolçularından Yunus Akgün, Abdülkerim Bardakçı və baş məşqçisi Okan Buruk sosial şəbəkələrdə Keremi Aktürkoğlunu izləmədən çıxarmışdı.