Komandalarını dəstəkləmək üçün 5 min km qət etdilər, mükafatlandırıldılar - Video

komandalarini-desteklemek-ucun-5-min-km-qet-etdiler-mukafatlandirildilar
Oxunma sayı: 1093

UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunun son günündə “Kopenhagen” – “Kayrat” matçı (3:2) öncəsi qeyri-adi və alqışa layiq bir hadisə yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, “Kayrat”ın cəmi 10 azarkeşi komandalarını dəstəkləmək üçün təxminən 5 min kilometrlik yolu qət edərək, Danimarkaya yollanıblar.

Onların bu böyük fədakarlığını görən “Kopenhagen” rəhbərliyi azarkeşləri meydanın kənarına dəvət edərək, onlara unudulmaz bir an yaşadıb.