Köməksiz qalan azyaşlı belə xilas edildi - Video

komeksiz-qalan-azyasli-bele-xilas-edildi
Oxunma sayı: 1814

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qəbələ şəhəri, Muxtar Abdıyev küçəsində uşağın evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, çağırış üzrə cəlb olunan FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzilə alpinist ləvazimatlarından istifadə etməklə pəncərədən daxil olaraq 2022-ci təvəllüdlü azyaşlını xilas ediblər.

Görüntüləri təqdim edirik: