Köməksiz vəziyyətdə qalan 76 yaşlı qadın belə xilas edildi - Video

komeksiz-veziyyetde-qalan-76-yasli-qadin-bele-xilas-edildi
Oxunma sayı: 1369

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 1947-ci il təvəllüdlü vətəndaşa müvafiq köməklik göstəriblər.