Konserti gec başladı, məhkəməyə verdilər

konserti-gec-basladi-mehkemeye-verdiler
Oxunma sayı: 4066

Pərəstişkarları Amerikanın məşhur müğənnisi Madonnanı məhkəməyə veriblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, onlar ötən il dekabrın 13-də sənətçinin Nyu-Yorkdakı konsertinin 2 saat gec başlamasından şikayətləniblər. Çünki gec başlayan konsert elə gec bitməli olub. Buna görə tamaşaçılar ictimai nəqliyyata xeyli xərc çəkməli olublar.