“Konstitusiyanın dəyişdirilməsi Ermənistan üçün vacib olacaq”

konstitusiyanin-deyisdirilmesi-ermenistan-ucun-vacib-olacaq
Oxunma sayı: 1743

“Bundan sonra Azərbaycanı hədəf alan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün vacib olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu AKP-nin sözçüsü Ömər Çelik deyib.

Çelik Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekunlaşmasını mühüm mərhələ adlandırıb.

O bu xüsusda ATƏT-in Minsk qrupunun artıq tarixə qovuşduğunu da xüsusilə qeyd edib və onun ləğvi prosesinin artıq yetişdiyini açıqlayıb.