“Kontakt”da “iPhone 15” növbəsi - Bir gecəyə rekord satış edildi

kontaktda-iphone-15-novbesi
Oxunma sayı: 7342

Bu gündən etibarən çox gözlənilən “iPhone 15” seriyasının ölkəmizdə rəsmi satışlarına başlanılıb. “Apple”ın Azərbaycandakı rəsmi satış mərkəzi olan “Kontakt” ən son “iPhone” modellərinə ilk sahib olmaq istəyənlər üçün gecə 00:01-də satışlara start verib.

“iPhone 15” seriyasının ölkəmizdə ilk sahiblərindən olmaq istəyən 100-lərlə insan “Kontakt”ın “İnşaatçılar metrosu” mağazasında uzun növbəyə durublar. Gecə saatlarının olmasına baxmayaraq, yeni “iPhone”a olan maraq rekord həddə çatıb. Hətta “Kontakt”da ötən illə müqayisədə bir gecəyə 3 dəfədən çox satış həyata keçirilib. Öncədən sifariş üçün gündəlik nəzərdə tutulmuş bütün növ “iPhone 15 Pro” və “Pro max” modelləri isə saatlar içində satılıb.

Lakin stoklar durmadan yenilənir və “iPhone 15” seriyasının bütün rəng və yaddaş növlərini əldə etmək üçün “Kontakt” mağazalarına və kontakt.az saytına üz tuta bilərsiniz.

Qeyd edək ki, oktyabrın 1-dək bütün “iPhone 15” modellərini “Kontakt”dan nağd alışda cəmi 2360 manatdan başlayan qiymətlərlə əldə edə bilərsiniz. BirBank taksit kartı vasitəsi ilə isə nağd qiyməti 30 aylıq faizsiz hissələrə bölmək mümkündür.

Bir daha xatırladaq ki, “Kontakt” mağazalar şəbəkəsi “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir. Qlobal zəmanətli, orijinal və rəsmi “Apple” məhsullarını “Kontakt” mağazalarından və kontakt.az saytından əldə edə bilərsiniz.

Hazırda “Kontakt”ın Azərbaycan üzrə ümumilikdə 36 mağazası, Gürcüstanın paytaxtı Tbilisidə 3, eləcə də kontakt.azkontakt.ge onlayn mağazaları fəaliyyət göstərir.