Koronavirusdan danışan Tramp jurnalistləri güldürdü - Video

koronavirusdan-danisan-tramp-jurnalistleri-guldurdu
Oxunma sayı: 5613

Jurnalistlərin önündə çıxış edən ABŞ Prezidenti Donald Tramp koronavirusla mübarizədən danışıb.

“Qafqazinfo” Ağ Evin mətbuat xidmətinə istinadən bildirir ki, dövlət başçısı gigiyenaya aid bir neçə məsləhət verib. Tramp əlləri yumağı, təmizliyə riayət etməyi və hər şeydən tutmamağı tövsiyə edib.

O, həmçinin bir həftə əvvəl başına gələn maraqlı hadisədən danışıb – Trampa onun çoxdan görmədiyi bir insan yaxınlaşıb.

“O, məni qucaqladı, öpdü. Mən soruşdum: “Sən yaxşısan?”. O deyir: “Xeyr. Mənim dəhşətli hərarətim və dəhşətli soyuqdəyməm var”. Və o, məni qucaqlayır və öpür. Mən üzr istədim və əllərimi yumağa çıxdım”, - dövlət başçısı deyib.

D.Trampın bu sözləri jurnalistləri gülüşə boğub.