Koronavirusdan yenə ölən var

koronavirusdan-yene-olen-var
Oxunma sayı: 5251

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Qafqazinfo”ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 793 546 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 550 nəfər müalicə olunaraq sağalıb, hazırda 277 aktiv xəstə var. Bu günə qədər 9 719 nəfər vəfat edib.