“Körpə bir uşaq çıxardılar, cansız bədəninə toxundum…” - Video

korpe-bir-usaq-cixardilar-cansiz-bedenine-toxundum
Oxunma sayı: 7906

Oktyabrın 17-si gecə saatlarında Ermənistanın Gəncə şəhərini raketlə vurduğu yerdən reportaj hazırlayan jurnalistin sözləri dünya mediasında emosional başlıqlarla yayımlanıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “CNN Türk” telekanalının əməkdaşı hadisədən bir qədər sonra dağıntılar altından həlak olmuş uşağın meyitinin çıxarılmasını bu sözləri ilə ifadə edib:

“Körpə bir uşaq çıxardılar, cansız bədəninə toxundum... Qan içində idi, əli əlimə dəydi... Çox balaca idi...”