Koxalski “Nyukasl”la oyuna çıxacaq?

koxalski-nyukaslla-oyuna-cixacaq
Oxunma sayı: 1008

“Qarabağ”ın qapıçısı polşalı Mateuş Koxalskinin zədəsi sağalıb.

Bu barədə “Qafqazinfo”ya klubdan məlumat verilib. 

Belə ki, o, bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la oyunöncəsi son məşqinə çıxacaq.  Ancaq qolkiperin sabahkı oyunda meydanda olub-olmayacağı bəlli deyil. 

Qeyd edək ki, 25 yaşlı “çərçivə qoruyucusu” Misli Premyer Liqasının 20-ci turunda keçirilən “İmişli” ilə oyundan əvvəl məşqdə zədələnib. O, həmin oyunu tribunadan izləmişdi.