Kral III Çarlz Misirdə keçiriləcək sammitdə iştirak etməyəcək

kral-iii-carlz-misirde-kecirilecek-sammitde-istirak-etmeyecek
Oxunma sayı: 1820

Böyük Britaniya kralı III Çarlz gələn ay Misirdə keçiriləcək beynəlxalq iqlim dəyişikliyi sammitində iştirak etməmək qərarına gəlib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Mənzil, İcma və Yerli Rəhbərliklər Naziri Simon Klark məlumat verib.

Nazir kralın iqlim sammitinə qatılmamağının saray və hökumət arasında ortaq qərar kimi qəbul olunduğunu vurğulayıb.

Klark Baş nazir Liz Trassın kralın sammitə qatılmasını istəmədiyi ilə bağlı açıqlamalarının da reallığa uyğun olmadığını qeyd edib.

Qeyd edək ki, “Sunday Times” qəzeti Kral III Çarlzın Trassın etirazından sonra bu qərarı verdiyini iddia edib.