Küləkli hava nə vaxtadək davam edəcək?

kulekli-hava-ne-vaxtadek-davam-edecek
Oxunma sayı: 3537

“​Bu gün saat 15:00-a olan məlumata əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur”. 

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

Onun  sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/saniyə, Şamaxı, Qobustan, Naftalan, Altağacda isə 18 m/saniyə təşkil edib: “Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,6 metrdir. 

Hazırda Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR 6, aran rayonlarında 13, dağlıq rayonlarda isə 9 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi yanvarın 4-ü gecə saatlarından tədricən zəifləyəcək. Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək”.

Gülnar Əliyeva