“Kurtlar Vadisi”nin Şahin ağası Bakıya gəldi - Foto

kurtlar-vadisinin-sahin-agasi-bakiya-geldi
Oxunma sayı: 3391

Türkiyəli aktyor Turgay Tanülkü Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqramda bildirib.

Bu, aktyorun Bakıya ilk gəlişidir.

“Mən Bakıya səmadan baxdım və mənə elə gəldi ki, doğma bir yurda gəlmişəm”, - Tanülkü deyib.

Qeyd edək ki, T. Tanülkü “Eşkiya Dünyaya Hükümdar Olmaz” və “Kurtlar Vadisi” seriallarında Şahin ağa, “Acı Hayat”da Sabri Yıldız və s. obrazlar canlandırıb.