Laçındakı avtoqəzada yaralanan hərbçilər var

lacindaki-avtoqezada-yaralanan-herbciler-var
Oxunma sayı: 3689

Xəbər verdiyimiz kimi, bu gün Laçında hərbi nəqliyyat vasitəsinin qəzaya düşməsi nəticəsində iki hərbi qulluqçumuz həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə vaxtı avtomobildə olan daha bir neçə hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar dərhal yaxın rayonlarda yerləşən xəstəxanalara çatdırılıblar.

Faktla bağlı cinayət işi başlanıb.