"Qafqazinfo"nun məhkəmədə olan əməkdaşının verdiyi məlumata görə, o, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.
***
Zərərçəkmiş Aysel Ağayeva çıxış edərək Lamiyə Quliyevanı bağışladığını deyib. Lamiyə Quliyeva çıxış edərək azadlığa buraxılmasını istəyib. Hakim Baş Prokurorluğum protestini təmin edib. 317-ci maddə 62.1-ci maddəyə tövsif edilib. Beş il 6 ay cəza 3 ilə endirilib. Bununla da Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmədən geniş reportaj və video birazdan saytda veriləcək.
***
Lamiyə Quliyeva məhkəmədə çxış edib. O bildirib ki, ona qarşı həbsdə çoxlu ədalətsizlik olub: “Daim gözlyirdilər ki, bir əyri addım atım və bundan istifadə edib məni cəzalandırsınlar. İnternetdə, qəzetlərdə haqqımda çox şeylər yazırlar. Xahiş edirəm, məni bu addımıma görə qınamayın. Mənim qohumlarımı mənlə görüşməyə qoymurdular, onları övladları ilə hədələyirdilər. Mən əxlaqsız, namussuz qadın deyiləm. Mənim tək günahım ana olmaqdır. İnsanlar məni görüb əziyyət çəkən qıza oxşamır deyirlər. Mən güclü qızam. Ana oldum, təravətimi qoruyub saxladım. İndi mənim geyimimi görürsünüz. Fikirləşirdim ki, azadlığa çıxa bilərəm. İnsanlar məni normal qəbul etsin deyə mən də normal insanlar kimi geyindim. Xahiş edirəm, məni buraxın gedim. Nolar. Məni buraxın”.
Lamiyə Quliyeva azadlığa buraxıldıqdan sonra onunla birgə həbs edilən Vüqar Əliyevin də tezliklə azadlığa çıxacağına inandığını deyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər