Lavrov və Çavuşoğlunun müzakirə etdiyi məsələlər açıqlandı

lavrov-ve-cavusoglunun-muzakire-etdiyi-meseleler-aciqlandi
Oxunma sayı: 2253

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Danışıq əsnasında yerli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bildirilib ki, danışıq zamanı Suriya üzrə xarici işlər nazirlərinin Moskvada keçirilən dördtərəfli görüşü ilə bağlı məsələlər müzakirə olunub.