Lənkəranda məmurun qardaşının meyiti tapıldı

lenkeranda-memurun-qardasinin-meyiti-tapildi
Oxunma sayı: 7066

Lənkəran rayonunun Osaküçə kəndində meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, çayın körpü altından keçən hissəsində aşkar edilən meyitin kənd sakini Arzu Asəf oğlu Mirzəyevə məxsus olduğu məlum olub.

Qeyd edək ki, A.Mirzəyevin iki gündür itkin düşməsi barədə polisə də məlumat verilmişdi.

Mərhum Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır.

Surxay Şahbazov