Lənkəranda qəza - Xəsarət alanlar var - Foto

lenkeranda-qeza
Oxunma sayı: 2403

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb.

Belə ki,  “Lada Priora” və “KİA Optima” avtomobillərinin toqquşması nəticəsində iki nəfər - 1996-cı il təvəllüdlü Xaliq İsmayılzadə və 1971-ci il təvəllüdlü Yeganə İsmayılova xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan X. İsmayılzadəyə arterial hipertanziya, döş qəfəsinin küt travması, Y. İsmayılovaya isə  burunun sınığı, döş qəfəsinin küt travması xəsarəti diaqnozu qoyulub.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib və müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov