Lənkəranskinin polkovnik qardaşı dəfndə - Fotolar+Video

lenkeranskinin-polkovnik-qardasi-defnde
Oxunma sayı: 34277

Avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində silahlı hücuma məruz qalan, dünən isə xəstəxanada dünyasını dəyişən tanınmış qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev hadisə baş verəndən dərhal sonra İstanbula getmişdi.

"Qafqazinfo" xəbər verir ki, N. Canıyev qardaşının cənazəsi ilə bərabər ölkəyə qayıtmışdı. Bu gün isə əməkdaşlarımız dəfn mərasimində onun fotolarını lentə ala bilib.

Qeyd edək ki, N. Canıyev gömrük sahəsində vəzifə sahibidir, polkovnikdir.