İngiltərə Premyer Liqasında 14-cü turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, “Liverpul” doğma meydanda “Fulhem”i qəbul edib. Qarşılaşma Mersisayd təmsilçisinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Yurgen Kloppun komandası, həmçinin gözəl qollarla yadda qalıb.
Xallarını 31-ə yüksəldən "Liverpul" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 15 xalı olan "Fulhem" isə 14-cü yerdədir.
“Liverpul” – “Fulhem” 4:3
Qollar: Brend Leno, 30 (avtoqol), Mak Allister, 38, Vataru Endo, 87, Aleksander-Arnold, 88 - Harri Vilson, 24, Kenni Tete, 45+3, Dekordova-Reyd, 80.