Liverpul klubunun 10 xalı silindi

liverpul-klubunun-10-xali-silindi
Oxunma sayı: 5211

İngiltərə Premyer Liqası təmsilçisi “Everton”un 10 xalı silinib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

Səbəb isə Liverpul təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozmasıdır.

Komanda 2021/2022-ci il mövsümündə ümumi olaraq 124,5 milyon funt-sterlinq xərcləyib. Qaydalara görə isə bu məbləğ 105 milyon funt-sterlinq olmalı idi.