Los-Ancelesdəki Baş Konsulluğumuzun binası evakuasiya edildi

los-ancelesdeki-bas-konsullugumuzun-binasi-evakuasiya-edildi
Oxunma sayı: 1448

Yanvarın 7-dən etibarən Los-Anceles şəhərinin qərbində başlamış yanğınlarla əlaqədar Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən müvafiq iş aparılır.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə bildirib.

“Belə ki, Baş Konsulluğumuza məxsus sosial media hesablarında (https://x.com/azconsulatela/status/1876908935355007248?s=46, https://www.facebook.com/azconsulatela) xəbərdarlıq elanı və təcili əlaqə nömrəsi (+13109234540) yerləşdirilib.

Həmçinin vətəndaşların yanğınlarla bağlı məlumat əldə etmələri və təhlükəsizlik təlimatı ilə tanış olmaları üçün müvafiq internet səhifəsinə keçid linki paylaşılıb (lafd.org/alerts).

Əlavə olaraq, Baş Konsulluğun yerləşdiyi binanın müvəqqəti olaraq evakuasiya edilməsinə baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır”, - XİN rəsmisi qeyd edib.