Lukaşenko ilk dəfə Abxaziyaya getdi - Foto

lukasenko-ilk-defe-abxaziyaya-getdi
Oxunma sayı: 2961

Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Gürcüstanın Abxaziya bölgəsinə səfər edib.

“Qafqazinfo” “RBK”ya istinadən xəbər verir ki, Lukaşenko səfəri çərçivəsində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüş keçirib.

“Görüş zamanı qarşılıqlı əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, eləcə də beynəlxalq məsələlər müzakirə olunub”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Lukaşenko Abxaziyaya səfər etsə də, Belarus buranı müstəqil dövlət kimi tanımır.