Macarıstanlı nazirin Azərbaycana rəsmi səfəri başladı

macaristanli-nazirin-azerbaycana-resmi-seferi-basladi
Oxunma sayı: 1965

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesabında məlumat yayıb.

“Xüsusilə uzun bir gecə oldu, amma ən azı burada səhərə yaxındır və biz başlaya bilərik. Bir neçə saatdan sonra Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək”.

Xatırladaq ki, bu gün Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası keçiriləcək.