Magistral yolda qaydaları pozan piyadalar cərimələndi

magistral-yolda-qaydalari-pozan-piyadalar-cerimelendi
Oxunma sayı: 1282

Bakı-Qazax-Gürcüstan sərhədi magistralında piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmini məqsədilə tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, BDYPİ-nin Yol Patrul Xidməti Alayının 9-cu tağımı inzibati ərazilərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə tədbirlər həyata keçirir.

Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən 10 şəxs isə saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnib.