Mahir Emreli nə zaman oynaya biləcək?

mahir-emreli-ne-zaman-oynaya-bilecek
Oxunma sayı: 900

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

“Qafqazinfo” Xorvatiya mətbuatına istinadən xəbər verir ki, Zaqreb “Dinamo”sunun futbolçusu martda yaşıl meydanlara qayıda bilər.

Bu barədə Xorvatiya klubunun həkimi açıqlama verib.

Əvəzində Sadeq Moharrami və Lukas Kacavendanın mövsümün sonuna qədər oynamayacağı dəqiqdir.

Qeyd edək ki, Mahir Emreli yanvarın əvvəlində yoxlama görüşündə zədələnib.