“Mahir Emreli oyuna girdikdən sonra üstünlüyümüz yarandı”

mahir-emreli-oyuna-girdikden-sonra-ustunluyumuz-yarandi
Oxunma sayı: 1973

“Legiya”nın baş məşqçisi Marek Qolembevski Polşa kubokunun 1/4 final mərhələsinin “Motor”la(2:1) oyunundan sonra danışıb.

“Qafqazinfo” xəbər verir ki, polşalı mütəxəssis matçda sonradan daxil olan Mahir Emreli barədə də fikirlərini bildirib: 

“Çətin oyun oldu. Kubok oyunlarının öz qanunları var. “Motor” bizi çətin duruma saldı. Mahir Emreli və Filip Mladenoviçin meydana daxil olmasından sonra, rəqib üzərindəki üstünlüyümüz açıq-aşkar idi. Bir neçə yaxşı qol imkanı yaratdıq. Xoşbəxtlikdən onlardan yararlandıq. Vurduğumuz 1 qolu isə oyundankənar vəziyyət olduğuna görə qeydə almadılar. Ardıcıl 2-ci qələbəmizi qazandıq”.