Mahir Emreli zədələndi

mahir-emreli-zedelendi
Oxunma sayı: 2757

Xorvatiyanın Dinamo (Zaqreb) klubunda çıxış edən millimizin üzvü Mahir Emreli zədələnib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Sportske.jutarnji" nəşri məlumat yayıb.

25 yaşlı hücumçu Xorvatiya çempionatının 32-ci turunda “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri oyunda çiynindən xəsarət alıb. Onun müalicəyə başladığı və bərpa olunması üçün müəyyən vaxta ehtiyac olduğu bildirilib.

Emrelinin mayın 1-də “Lokomotiv” ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.