Mahirin bu fotosu müzakirələrə səbəb oldu

mahirin-bu-fotosu-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 5140

Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin “Trabzonspor”la matçdan öncə rəqib baş məşqçi ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, qardaş ölkədən olan həmkarlarımız Mahirin trabzonluların çalışdırıcısı Nenad Byelitsa ilə foto çəkdirməsini araşdırıb. 

Məlum olub ki, Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda oynayarkən “Osiyek”in baş məşqçisi olan Byelitsa onu komandasında görmək istəyib. 

Lakin tərəflər razılaşa bilməyiblər. 

Fotonun da səbəbi xorvat çalışdırıcının Mahiri forvard kimi bəyənməsi olub. 

Həmçinin oxuyun: Суд вынес решение в отношении Мехмана Халилова