Mahmudovun qohumları Azərbaycandan qaçıb?

mahmudovun-qohumlari-azerbaycandan-qacib
Oxunma sayı: 9108

Keçmiş MTN şefinin yaxın qohumlarından bir neçəsi qiymətli məlumatlarla ölkəni tərk edib, hüquq-mühafizə orqanları onların tutulması istiqamətində ciddi səylər göstərir.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Azadlıq” qəzeti məlumat yayıb. Məlumatlarda bildirilir ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumlarından bir neçəsi Azərbaycanı tərk edə bilib. Onlarda hakimiyyət üçün arzuolunmaz məlumatların, sənədlərin olduğu güman edilir. Bildirilir ki, onlar əvvəlcə Danimarkanın paytaxtı Kopenhagendə yerləşiblər. Hakimiyyət bu şəxslərin tutulması istiqamətində ciddi səy göstərdiyinə görə onların Danimarkadan Niderlanda keçdiyi barədə məlumatlar var.