MakSim alkoqol asılılığından müalicə olunur - Video

maksim-alkoqol-asililigindan-mualice-olunur
Oxunma sayı: 2951

Populyar rusiyalı müğənni MakSim pərəstişkarlarına videomüraciət edib.

“Qafqazinfo” xəbər verir ki, ifaçı artıq bir müddətdir klinikaların birində alkoqol asılılığından müalicə olunduğunu etiraf edib.

İzləyicilərinə müraciət edən MakSim bildirib ki, alkoqol asılılığından qurtulmağı arzulayır: “Bunun asılılıq olduğunu dərk etdim, qəbul etdim və hərəkətə keçmək qərarına gəldim. Çünki bu mənim həyatım deyil, mənim hekayəm deyil, mənim oyunum deyil. Ona görə də indi klinikadayam”.   

MakSim vurğulayıb ki, alkoqol vasitəsilə ruhi vəziyyətini yaxşılaşdırmağa cəhd edirdi, lakin daha da pis vəziyyətə düşüb.

Qeyd edək ki, 40 yaşlı müğənninin iki övladı var.