Malinin cənubunda ali təhsil naziri Burema Kansayın kortejinə silahlı hücum olub.
“Qafqazinfo” “News Central”a istinadən xəbər verir ki, hücum “Əl-Qaidə” ilə əlaqəli olan “Katiba Macina” qrupunun üzvləri tərəfindən həyata keçirilib.
Hadisə nəticəsində 4 polis yaralanıb. Nazir hər hansı xəsarət almayıb.