“Mançester Siti” finalda!

mancester-siti-finalda
Oxunma sayı: 3749

İngiltərənin “Mançester Siti” klubu Səudiyyə Ərəbistanında keçirilən futbol üzrə klublararası dünya çempionatının finalına yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, klub yarımfinalda Yaponiyanın “Urava Red Daymonds” komandasını 3:0 hesabı ilə məğlub edib.

Dekabrın 22-də baş tutacaq finalda isə “Mançester Siti”nin rəqibi Braziliyanın “Fluminense” klubu olacaq.