Sumqayıtda zavodda yanğın - Yenilənib

sumqayitda-zavodda-yangin
Oxunma sayı: 2457

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin texnika və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi işləri davam etdirilir.

***

FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Sumqayıt şəhərində “Sumqayıt Aşqarlar” ASC-nin yaxınlığında açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.