Masallıda meşə fondu ərazisində ağac əkiləcək

Masallıda meşə fondu ərazisində ağac əkiləcək
Oxunma sayı: 410

Təbiətşünaslıq və ekologiya sahəsində Azərbaycan elminə və təbiətinə əvəzsiz töhfələr vermiş akademik Həsən Əliyevin Azərbaycanda, o cümlədən Abşeron yarımadasında meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarının salınmasında misilsiz xidmətlərini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə 14 dekabr 2019-cu il tarixində Masallı rayonununda dəyirmi masa və ağacəkmə aksiyası keçiriləcək.

"Qafqazinfo"ya daxil olan məlumata görə, görkəmli alim Həsən Əliyev Azərbaycanda insan və təbiət münasibətlərinə yeni baxış sisteminin formalaşdırılmasında, yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində, yeni yaşıllıqların salınmasında mühüm xidmətləri ilə gələcək nəsillərə örnək olub.

Tədbirlərin keçirilməsində də məqsəd ölkəmizdə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş görkəmli alim Həsən Əliyevin xatirəsini yad etmək, onun ətraf mühit sahəsində qoyduğu irsi davam etdirmək, insanlar arasında təbiətə olan qayğı hissini təbliğ etməkdir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi