Masallıda şadlıq sarayında soyğun - Yenilənib

masallida-sadliq-sarayinda-soygun
Oxunma sayı: 3016

Masallı rayonunda restoranların birində soyğunçuluq hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, oktyabrın 29-da Masallı şəhəri ərazisində yerləşən “İlqar plaza” şadlıq sarayında nəməlum şəxs 1972-ci il təvəllüdlü Əlövsət Əhmədova hücum edib. Həmin şəxs 50 yaşlı kişinin 200 manat pulunu açıq talama yolu ilə alaraq uzaqlaşıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsinə müraciət edilib, araşdırma aparılır.

***

Masallı rayonunda restoranların birində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən rayon sakini İbrahim Alışov müəyyən edilərək saxlanılıb.

DİN Mətbuat Xidmətinin regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, faktla bağlı Masallı RPŞ-də CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmlar davam etdirilir.