Maşınla 13 yaşlı oğlanı vurub öldürdü - Yenilənib

masinla-13-yasli-oglani-vurub-oldurdu
Oxunma sayı: 1192

Goranboy rayonunda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Şahməmmədli kəndində qeydə alınıb.

Təxminən 13 yaşlarında olan oğlan uşağını avtomobil vurub. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

***

Qəza nəticəsində həlak olan şəxsin 2013-cü il təvəllüdlü Ə.Əsgərov olması müəyyənləşib.

Yunis Quliyev