Milyarder İlon Mask artıq tviter sosial platformasının baş direktoru deyil.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Maskı bu vəzifədə Linda Yakkarino əvəz edəcək.
O, 5 iyundan etibarən vəzifələrinin icrasına başlayıb.
Qeyd edək ki, amerikalı milyarder Mask 2022-ci ilin oktyabrında tviteri 44 milyard dollara satın alıb. O, 2023-cü ildə tviterin baş direktoru olaraq Linda Yakkarinonu təyin edib.