Maska qalmaqalına görə keçmiş nazirə 24 ildən çox həbs cəzası verdilər

maska-qalmaqalina-gore-kecmis-nazire-24-ilden-cox-hebs-cezasi-verdiler
Oxunma sayı: 966

İspaniyada COVID-19 pandemiyası dövründə üz maskalarının alınması ilə bağlı korrupsiya işi üzrə tarixi hökm çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, ölkənin Ali Məhkəməsi keçmiş nəqliyyat naziri Xose Luis Abalosu 24 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmənin qərarına əsasən, iş üzrə Abalosun keçmiş müşaviri Koldo Qarsiya 19 il 8 ay, iş adamı Viktor de Aldama isə 4 il 9 ay həbs cəzası alıb.

Məhkəmə sənədlərində pandemiya dövründə təxminən 13 milyon avro dəyərində maska müqavilələrində qanunsuzluqlara yol verildiyi qeyd olunub. Abalos və digər təqsirləndirilən şəxslər rüşvət, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə daxil olmaqla, bir sıra ağır ittihamlarla təqsirli biliniblər.

Abalos bir vaxtlar İspaniyanın hakim Sosialist İşçi Partiyasında (PSOE) yüksək vəzifələr tutub və nəqliyyat naziri kimi fəaliyyət göstərib. Lakin istintaq başladıqdan sonra o, vəzifəsindən istefa verib, partiya üzvlüyü dayandırılıb, daha sonra isə tamamilə partiyadan çıxarılıb.