Maştağada “Moskviç”ini ağaca vuran sürücü öldü

mastagada-moskvicini-agaca-vuran-surucu-oldu
Oxunma sayı: 1426

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza yanvarın 15-də saat 19 radələrində qeydə alınıb. 

Qəsəbə sakini Namiq Məmmədov idarə etdiyi “Moskviç” markalı avtomobili yolun kənarındakı ağaca vurub. 

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.