Mədəniyyət kanalı Anar İlhamlının “Qayıdış” marşını təqdim etdi - Video

medeniyyet-kanali-anar-ilhamlinin-qayidis-marsini-teqdim-etdi
Oxunma sayı: 893

Mədəniyyət kanalı vokalçı-bəstəkar Anar İlhamlının bəstələyərək ifa etdiyi “Qayıdış” marşı haqqında sujet yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, 8 Noyabr - Zəfər Günü münasibətilə təqdim edilən musiqi əsərinin hərbi-vətənpərvərlik ruhunda dəyərli sənət nümunəsi olduğu vurğulanıb.

Bildirilib ki, sözləri Elçin Mirzəbəyliyə, musiqisi Anar İlhamlıya (FHN-in Akademiyasının hərbi Orkestrinin solisti və musiqi təlimatçısı, vokalçı-bəstəkar gizir Məmmədbağırov Anar İlham oğlu) məxsus olan mahnıya klip çəkilib.

Aranjimanı Rövşən Yusifov tərəfindən edilmiş mahnıda Əməkdar artist, qiraətçi Azad Şükürovun ifasına da yer verilib.

Vətənpərvərlik musiqisinin ön sıralarında yer alan bəstəkar Anar İlhamlı bildirib ki, mahnını bəstələyərkən şeirin bədii keyfiyyətlərinə xüsusi önəm verilib: “Şeir seçiləndə elə etməli idik ki, orada bizim 30 illik vətən həsrətimiz, şəhidlərimiz, qazilərimiz anılmalı idi, bizim igid oğullarımızın qəhrəmanlığı ifadə olunmalı idi. Qarşıma “Darıxmışdı yurd yeri” adlı gözəl bir şeir çıxdı. Həmən müəllif Elçin müəllimlə əlaqə saxladım, onun bu şeirinə marş bəstələmək istədiyimi dedim”.

Qeyd edək ki, Anar İlhamlı daha əvvəl də bu mövzuda dəyərli əsərlər yaradıb. Bu sırada “Azərbaycan bayrağına”, “Zəfər döyüşü, “Vətən üçün doğulduq”, “Azərbaycan əsgəri-ən igid əsgər” kimi dəyərli sənət nümunələri ortaya qoyub. Bu mahnılar vasitəsilə o, qəhrəmanlıq ruhunu notlara köçürüb və ifa edib.

2023 cü ildə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə "Ulu öndər kimi bir tarixin var" adlı kompozisiyanın müəllifi olub.